Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Bakıya gəlib VİDEO
Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri Bakıya gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi orkestrin müşayiəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıb.
Gəmilərin komandanlığı və şəxsi heyəti səfər çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşəcək və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaqlar. Həmçinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzinti, futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər oktyabrın 19-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]