RUSİYA FEDERASİYASININ AZƏRBAYCANDAKI SƏFİRİ ÜMUMMİLLİ LİDERİMİZİN VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNİ ANMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 3-də Rusiya Federasiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vasili İstratov Fəxri xiyabana gələrək, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anmış, onun məzarı üstünə tər çiçəklər qoymuşdur.
Rusiya diplomatı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də çiçəklər düzmüşdür.
Elə həmin gün Vasili İstratov Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının məzarları üstünə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]