RUSİYA HƏRBİ BAZALARININ GÜRCÜSTANDAN ÇIXARILMASI DİPLOMATİYA MƏSƏLƏSİDİR
AZƏRTAC “Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey İvanov Krasnoyarskda jurnalistlərlə görüşündə bildirmişdir ki, Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması məsələsinin həlli diplomatiyanın işidir. Rusiya Federasiyasının Maliyyə Nazirliyi ölkənin hərbi bazalarının Gürcüstandan çıxarılmasına vəsait ayırmağı planlaşdırır, lakin bunu dövlətlərarası saziş bağlandıqdan sonra edəcəkdir.
S.İvanovun sözlərinə görə, Rusiya bazalarının Gürcüstandan çıxarılması əməliyyatı onların vaxtilə Almaniyadan çıxarıldığı kimi həyata keçirilməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]