RUSİYA MİLLİ KİTABXANASINDA XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLƏCƏKDİR
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğu Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti ilə birlikdə fevralın 26-da Rusiya Milli Kitabxanasında XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş konfrans keçiriləcəkdir.
Baş konsulluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə şəhər ictimaiyyətinin, diplomatik missiyaların, Azərbaycan diasporunun, kütləvi informasiya vasitələrinin nümayəndələri və tələbələr iştirak edəcəklər.
Konfransda Sankt-Peterburqda nəşr edilmiş “Xocalı qırğını” kitabının təqdimatı olacaq, faciə barədə iştirakçılara ətraflı məlumat veriləcək, soyqırımından bəhs edən kitablar, CD-lər, broşürlər paylanacaq, videomateriallar nümayiş etdiriləcəkdir.
Faciə ilə bağlı fotosərgi açılacaq, Xocalı soyqırımına dair materiallar kitabxanaya təqdim olunacaqdır.
İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” beynəlxalq kampaniyasının yeni müraciəti iştirakçılara təqdim ediləcək və kütləvi imzatoplama aksiyası təşkil olunacaqdır.
Tədbirin sonunda günahsız qurbanların ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [21:20]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:39]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [20:33]
Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
- 14.10.2026 [20:30]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:22]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [20:20]
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
- 14.10.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [20:00]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [19:57]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [19:41]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [19:24]