DÜNYA
Rusiya oktyabrda Ukraynaya rekord sayda dron buraxıb
Kiyev, 1 noyabr, AZƏRTAC
Oktyabr ayı ərzində Rusiya Federasiyası Ukraynaya qarşı 2023 ədəd “Şahid” tipli hücum pilotsuz uçuş aparatı (PUA) və naməlum tipli dronlardan istifadə edib ki, bu da cari il üçün rekord göstəricidir.
Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki məlumatına istinadla xəbər verir.
Ukraynaya doğru buraxılan PUA-lardan 1185-i ukraynalı hərbçilər tərəfindən məhv edilib və ya zərərsizləşdirilib, 738-i itirilib, 29-u isə Ukrayna dövlətinin nəzarət etdiyi hava məkanını tərk edib.
2024-cü ilin əvvəlindən Rusiya ordusu ümumilikdə 6987 hücum PUA-sından istifadə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev