Rusiya Prezidentinin Qazaxıstana səfəri gözlənilir
Moskva, 11 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin bu ilin payızında Qazaxıstana səfəri gözlənilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşündə səfərin təşkilinə dəstəyə görə təşəkkürünü bildirib.
Bu ilin payızında Qostanay şəhərində XIX Regionlararası Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putinin forumda iştirakı gözlənilir.
Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Moskvada səfərdədir. O, Rusiya XİN başçısı Sergey Lavrov ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya ilə əməkdaşlığın inkişafını ölkəsi üçün prioritet məsələ adlandırıb və hazırda iki dövlət arasında heç bir problemin olmadığını deyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]