Rusiya Şimal Donanması Rusiya Hərbi Dəniz Donanması Gününü qeyd etməyə hazırlaşır
Bakı, 12 iyul (AZƏRTAC). Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Şimal Donanmasında Rusiya Hərbi Dəniz Donanması (HDD) Gününün qeyd olunmasına hazırlaşırlar.
Şimal Donanmasının əsas bazası olan Severomorskda bayramın qeyd olunmasına bütün gəmilərdə Dövlət və Andreyev bayraqlarının qaldırılması ilə başlanacaqdır.
HDD gününün başlıca tədbirləri Primorsk meydanında baş tutacaqdır. Şimal Donanmasının komandanı Vladimir Korolyov bayram münasibətilə düzülmüş gəmilərin yanından katerlə keçərək şəxsi heyəti təbrik edəcəkdir.
Hərbi paradda 12-dən çox gəmi və sualtı qayıq, 20-yə yaxın döyüş texnikası və 3 mindən çox hərbi qulluqçu iştirak edəcəkdir.
Bayram atəşfəşanlıqla başa çatacaqdır.
Qeyd edək ki, Rusiya HDD-nin ən qüdrətli donanması olan Şimal Donanmasında xeyli azərbaycanlı zabit, miçman, hərbi qulluqçu xidmət edir. Donanmanın tərkibində strateji təyinatlı sualtı raket qayıqları, digər təyinatlı sualtı qayıqlar, göyərtəsində “Su-33” qırıcı təyyarəsi, helikopterlər olan “Sovet İttifaqı Donanması admiralı Kuznetsov” kreyseri, “Pyotr Velikiy” raket kreyseri və digər gəmilər vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]