Rusiya Təhlükəsizlik Şurasının katibi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və tər çiçəklər qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.