RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ MƏTBUAT XİDMƏTİ ASLAN ABAŞİDZENİN BATUMİDƏN MOSKVAYA GETMƏSİ ŞƏRAİTİNİ AÇIQLAMIŞDIR
Mətbuat xidmətinin məlumatında deyilir:” Rusiya Prezidenti Vladimir Putin mayın 5-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Acarıstanda böhranlı vəziyyətin nizama salınmasına dair məsləhətləşmələr aparmaq üçün Təhlükəsizlik Şurasının katibi İqor İvanovu Gürcüstana göndərmişdir. Mayın 6-na keçən gecə, Acarıstan başçısının iqamətgahında məsləhətləşmələr aparılarkən küçədə güclü nizamsız atışma başlanmışdır. Gürcüstanın xüsüsi təyinatlı qoşunlarının böyük bir kontingentinin Batumiyə doğru irəliləməsi barədə də məlumatlar daxil olurdu.
Belə böhranlı vəziyyətdə Acarıstan lideri Abaşidze muxtariyyət rəhbərliyinin üzvləri ilə məsləhətləşmələrdən sonra çoxsaylı insan tələfatına yol verməmək üçün Gürcüstanı tərk etmək qərarına gəldi və RF Təhlükəsizlik Şurasının katibi ilə birlikdə xüsusi reyslə Moskvaya uçdu”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]