Rusiya və ABŞ diplomatları İstanbulda görüşəcəklər
Moskva, 26 fevral, AZƏRTAC
Rusiya və ABŞ diplomatları hər iki ölkənin diplomatik missiyasının bərpa edilməsini müzakirə etmək üçün fevralın 27-də İstanbulda görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında məlumat verib.
“Görüşün nəticələrindən asılı olaraq, nə qədər effektiv irəliləyəcəyimiz məlum olacaq”, - deyə o əlavə edib.
Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio və Rusiya XİN rəhbəri Sergey Lavrov Moskva və Vaşinqtonda səfirliklərin diplomatik heyətinin əvvəlki tərkibdə geri qayıtmasını müzakirə ediblər. Bu, ikitərəfli əlaqələrin bərpa olunmasına və Ukrayna münaqişəsinin nizamlanması prosesinin tezləşdirilməsinə səbəb olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]