Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə təlim keçiblər
Moskva, 11 fevral, AZƏRTAC
Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə təlim keçiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. İki ölkənin hərbçiləri Suriyanın İdlib bölgəsində birgə patrul xidməti keçməyə hazırlaşırlar.
Suriyanın bu rayonunda il yarımdır patrul xidməti həyata keçirilmirdi. Təlimlər çərçivəsində Rusiya və Türkiyə hərbçiləri kolonla hərəkət edilməsi, hücumların dəf olunması, yaralıların təxliyəsi kimi hərəkətləri yerinə yetiriblər.
Patrul xidməti zamanı Rusiya tərəfi “Tiqr”, Türkiyə hərbçiləri isə “Kirpi” zirehli maşınlarından istifadə ediblər.
Xatırladaq ki, 2019-cu ildə Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə Suriyanın şimal-şərqində vəziyyətin nizama salınmasına dair memorandum imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]