Rusiyada 2026-cı ildə pilotsuz qatar işə salınacaq
Bakı, 20 yanvar, AZƏRTAC
“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə holdinqin başçısı Oleq Belozyorov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Rusiya” sərgi-forumu çərçivəsində keçirilən “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib. O deyib: “Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]