RUSİYADA 264 MİNDƏN ÇOX ADAM İMMUN ÇATIŞMAZLIĞI VİRUSUNA YOLUXMUŞDUR
İmmun çatışmazlığı virusuna yoluxanların 7600-ə qədəri uşaqdır. Hazırda Rusiyada 817 nəfər, o cümlədən 193 uşaq QİÇS xəstəliyinə tutulmuşdur.
Qalina Karelova jurnalistlərlə söhbətində bildirmişdir ki, Rusiyada məqsədyönlü “AntiİÇV/QİÇS” proqramı həyata keçirilir. Rusiya “bu xəstəliklə mübarizədə BMT-nin təşəbbüslərini alqışlayır”, “Qadınlar və QİÇS” Qlobal koalisiyası rəhbər komitəsinin fəaliyyətini dəstəkləyir.
Koalisiya BMT-nin “İÇV/QİÇS” üzrə Birləşmiş proqramının iştirakı ilə yaradılmışdır və QİÇS əleyhinə mübarizədə, gənc qadınlar və qızlar arasında İÇV infeksiyasının yayılması qarşısının alınmasında BMT-nin, qeyri-hökumət təşkilatlarının, qadın assosiasiyalarının, digər əsas təşkilatların səylərini birləşdirmək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]