Rusiyada bu il orta məktəb məzunları orduya çağırılmayacaqlar
Moskva, 9 aprel, AZƏRTAC
Rusiyada bu il orta məktəb məzunları orduya çağırılmayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərargah rəisi Valeri Gerasimov məlumat verib. O deyib ki, builki orta məktəb məzunları üçün vahid dövlət imtahanı vermək və ali məktəblərə daxil olmaq imkanı yaradılacaq.
V.Gerasimov qeyd edib ki, 2020-ci ildə 650 mindən çox adamın orduya çağırılması nəzərdə tutulmuşdu. Onların 15 mini vahid dövlət imtahanı verəcək məktəblilərdir və həmin məzunlar bu il orduya çağırışdan azad ediləcəklər.
Orduya çağırılacaq digər şəxslər şəxsi heyətdən ayrı saxlanılacaq və iki həftəlik karantin müddəti keçəcəklər.
Qeyd edək ki, Rusiyada 10 min 131 koronavirus xəstəsi qeydə alınıb. Onların 698 nəfəri sağalıb, 76 xəstə dünyasını dəyişib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]