Rusiyada keçirilən prezident seçkilərində səsvermə başa çatıb
Bakı, 18 mart, AZƏRTAC
Rusiyada keçirilən prezident seçkilərində 35 bölgədə səsvermə prosesi başa çatıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla 20:00-da seçki məntəqələri bağlanıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 19.00-dək seçici fəallığı 59,5 faiz olub.
Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı Prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasından Pavel Qrudin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]