RUSİYADA KORRUPSİYA İLƏ MÜBARİZƏ ŞURASI YARADILMIŞDIR
Şuranın Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən ilk iclasında korrupsiya ilə mübarizənin əsas istiqamətləri müəyyən edilmişdir.
Vladimir Putin hakimiyyət üzərində ictimai nəzarətə tərəfdar olduğunu bildirmiş və Şuraya bu məsələyə dair qanun layihələrini hazırlamağı, konkret təklifləri qanunvericilik təşəbbüsü şəklində təqdim etməyi tapşırmışdır. Qanunlarda ancaq aydın və real tələblər əksini tapmalı, onların tətbiqinin dəqiq mexanizmləri göstərilməlidir. Rusiya dövlətinin başçısı vurğulamışdır ki, vətəndaş nəzarəti təsisatları nə qədər səmərəli və mükəmməl olarsa, sui-istifadə halları imkanı da bir o qədər az olar. V.Putin Rusiyada korrupsiya ilə mübarizənin indiyədək səmərəli olmadığını nəzərə çarpdırmış və bu bəla ilə mübarizədə kəsərli və ciddi tədbirlər görməyə çağırmışdır.
İclasda Korrupsiya ilə Mübarizə Şurası yanında iki komissiya – korrupsiyanın qarşısını almaq və mənafelərlə bağlı münaqişələrin həlli komissiyaları yaradılması haqqında qərar qəbul olunmuşdur. Komissiyalara, müvafiq surətdə, hökumət sədrinin müavini B.Alyoşin və Prezidentin İcra Aparatı rəhbərinin birinci müavini D.Kozak başçılıq edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]