RUSİYADA MDB ÖLKƏLƏRİ PARLAMENTLƏRİ VƏ HÖKUMƏTLƏRİNİN FUTBOL KLUBLARININ TURNİRİ KEÇİRİLƏCƏKDİR
Moskva, 24 aprel (AZƏRTAC). Soçidə ən kütləvi yarış - MDB ölkələri parlamentləri və hökumətlərinin, Rusiyanın vilayət administrasiyalarının və şəhər meriyalarının futbol klublarının 13-cü beynəlxalq turniri keçiriləcəkdir. Turnirin təşkilat komitəsinin sədri Yuri Belous İTAR-TASS-da keçirilən mətbuat konfransında bildirmişdir ki, Rusiya Futbol İttifaqının himayəsi ilə “Futbol Market Eks” şirkətinin təşkil etdiyi turnirdə Azərbaycan parlamenti və hökumətinin yığma komandasının da iştirak etməsi nəzərdə tutulur. O qeyd edib ki, komandanın təşkilində bəzi problemlər olmasına baxmayaraq, biz ümid edirik ki, hər şey alınacaqdır.
Hələlik 19 komanda turnirdə iştirak edəcəyini təsdiqləmiş və çox güman ki, bu mötəbər yarışa 22-24 komanda qatılacaqdır. Yuri Belous bildirmişdir: “Biz çalışırıq ki, turnirdə yüksək çinli məmurlar iştirak etsinlər. Bizim belə bir reqlamentimiz var: komandada 5 nəfər 50 yaşından yuxarı olmalıdır. Əgər gənc məmur yüksək vəzifə tutursa, onun yaşı ilə əlaqədar heç bir problem olmayacaq. Bundan əlavə, biz iki veteran futbolçunun da komandaya daxil edilməsinə icazə veririk”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]