Rusiyada yaxın bir neçə il ərzində xərçəngə qarşı peyvəndlərdən geniş istifadə olunacaq
Moskva, 5 iyun, AZƏRTAC
Rusiyada yaxın bir neçə il ərzində xərçəng və bədxassəli törəmələrə qarşı peyvəndlərdən geniş istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Federal Tibbi və Bioloji Agentliyin (FTBA) rəhbəri Veronika Skvortsova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, FTBA-nın mütəxəssisləri tərəfindən hazırlanmış xərçəng və bədxassəli törəmələrə qarşı peyvəndlər ilyarım, iki ilədək müddətdə klinik praktikada istifadə olunmağa başlaya bilər.
V.Skvortsova bildirib ki, söhbət kolorektal xərçəngə, bədxassəli melanomalara və qlioblastomalara qarşı vaksinlərdən gedir. “Hər bir konkret xəstənin fərdi molekulyar xüsusiyyətlərini nəzərə alan peptid, RNT, vektor və hüceyrə peyvəndləri bir çox ölkələrdə və təbii ki, Rusiyada fəal şəkildə hazırlanır. Bu peyvəndlər xəstənin öz immun sisteminə şişlə mübarizə aparmağa kömək edəcək”, - deyə o bildirib.
Eyni zamanda, FTBA rəhbəri izah edib ki, bu dərmanlar fərdi olduğundan, peyvəndlərin istifadəsi üçün Rusiya qanunvericiliyində dəyişikliklər 2024-cü ilin sentyabrında qüvvəyə minəcək.
Yeni düzəlişlərə əsasən, dərman preparatı xəstənin müalicə aldığı müəssisədə istehsal olunmalıdır. İlk vaxtlarda bu, federal mərkəzlər, o cümlədən ixtisaslaşmış onkoloji mərkəzlər olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]