RUSİYADAN 1 KİLOVAT-SAATELEKTRİK ENERJİSİ 3,636 SENTƏ ALINACAQDIR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Vahid Enerji Sistemlərinin İnkişafı üzrə Elektroenergetika Korporasiyası ilə elektrik idxalına dair saziş imzalanmışdır.
Sənədə əsasən, ölkəmiz yanvarın 1-dən noyabrın 30-dək Rusiyadan 1 kilovat-saat elektrik enerjisinə 3,636 sent ödəyəcəkdir.
Xatırladaq ki, Rusiyadan il ərzində alınan elektrik enerjisi ölkəmizdə sərf olunan həcmin cəmi 3-4 faizini təşkil edir.