Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın “Novaya qazeta” nəşri Ermənistan hərbiçilərinin rəzil durumundan yazır

Rusiyanın “Novaya qazeta” nəşri Ermənistan hərbiçilərinin rəzil durumundan yazır

Moskva, 8 oktyabr, AZƏRTAC

Rusiyanın “Novaya qazeta” nəşri xüsusi müxbirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən reportajını dərc edib.

Reportajda deyilir ki, Şuşanın dumanlı küçələrində insanlar çox seyrəkdir. Bəziləri Ermənistana qaçıb, qalanların isə güzəranı çox ağırdır. Stepanakertdən (Xankəndidən-red.) fərqli olaraq burada hələlik elektrik işığı var, mağazalar açıqdır.

Artur Ohanesyan adlı könüllü cənub cəbhəsində baş verənlərdən danışır. Artur oradan təzə qayıdıb ki, ölən dostlarını doğma Gümrüdə dəfn eləsin. Amma bu da mümkündür ki, özü də ölmək istəmədiyi üçün qayıdıb.

Ohanesyan deyir: “Onlar (Ermənistan hakimiyyəti-red.) insanları aldadır! Onlar 18 yaşlı əsgərləri yalnız avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, “bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamamilə yararsızdır. Orada heç nə yoxdur. “Kormuşka” (yemək daşıyan maşın-red.) gəlir, amma hər şeyi yolun yarısında boşaldıb qayıdır. Əgər yemək tapmaq istəyirsənsə, “Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr yola çıxır, sağ qalanlar üçün yeməyə nəsə tapmağa çalışırdıq”.

Bizim şərh: Ermənistan ordusunun cəbhə bölgəsində rəzil durumunu erməni əsgərin dilindən eşitmək bir daha sübut edir ki, işğalçının müqavimət göstərməyə taqəti qalmayıb.

Müxbir yazır: “Artur çox gərgin və qəzəblidir. Ayağında çəkələk, başında qara papaq var, gödəkçəsinin ilgəyindən qumbara sallanır. “Cəbhəyə necə düşdünüz” sualına belə cavab verdi: “Sadəcə olaraq gəldim, heç bir sənəd vermədilər, avtomatı götürdüm və irəli! Mənim iki qardaşım orada idilər, mən də onların dalınca getdim və qaldım. Özüm Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu müharibə insanlara qarşı yox, təyyarələrə, “Qrad”lara qarşı müharibədir”.

Bizim şərh: Bu, xaricdən gələn ermənilərin cəbhə bölgəsində Azərbaycan Ordusuna qarşı döyüşdüyünü əyani təsdiq edən çoxsaylı faktlardan biridir.

Ohanesyan daha sonra deyir: “Dünən biz Hadrutda idik, zabitlər gəldilər və dedilər ki, komandiri həbs ediblər, mühakimə edəcəklər. O, gecə bütün gənc əsgərləri yığıb və Cəbrayıldan çıxmağı əmr edib. O, yuxarıdan gələn əmrə tabe olmayıb. Həmin zabit özü dedi: “Bu uşaq-muşaqlar on gün əvvəl orduya çağırılıblar, amma əllərinə avtomat veriblər ki, döyüş”. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, hərçənd bu xidmət də indi kömək eləmir. Avtomatla aviasiyaya və artilleriyaya qarşı döyüşürük. Mən orada canlı meyit kimiyəm”.

A.Ohanesyanın mənəvi düşkünlüyünü xüsusi qeyd edən müxbir yazır: “Artur “dqr” hərbi komandanlığından və Ermənistan hakimiyyətindən açıq-aşkar narazıdır. Arturun dostu olan digər könüllü də onun danışdıqlarını təsdiqləyir: “Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik”. Artur deyir ki, itkilərin sayının 200 nəfərə yaxın olması barədə Ermənistan hakimiyyətinin dedikləri ağ yalandır. O, əminliklə deyir: “200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə. Orada ölənlər isə minlərlədir”. Əynində kamuflyaj gödəkçə və adi cins şalvar olan digər könüllü əlavə edir: “Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: “Cəbrayıla, irəli”, amma Cəbrayıl artıq yoxdur”.

Jurnalist yazır: “Bəs nə düşünürsünüz, bundan sonra nə olacaq?, - deyə soruşuram. Artur cavab verir: “Mən bu müharibəni gördüm və başa düşdüm ki, əgər belə döyüşsək, bütün torpaqları əldən verəcəyik. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da keçə bilərlər”.

Bizim şərh: Azərbaycan Ordusunun əzmini və qətiyyətini düşmənin dilindən eşitmək çox qürurvericidir!

Reportajda daha sonra yazılır: “Yaxınlıqdakı balaca mağazanın sahibi, siqaret çəkmək üçün küçəyə çıxmış 60 yaşlı Armenin sözlərinə görə, Laçın körpüsü dörd dəfə bombalanıb, Laçının özünə isə hələ dəyməyiblər. Deyir ki, qohumları ilə birlikdə yeddi gündür cəbhəyə getmiş bacısı oğlunu axtarır, lakin tapa bilmir. Atışma bir az səngisəydi, heç olmasa cəsədləri yığmaq olardı”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB