İQTİSADİYYAT
Sabahdan ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılır
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 1-i saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-si saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.
İpoteka, Kredit və Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.