Sabahın hava proqnozu: Yağış və külək
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Gecə 8-10°, gündüz 11-13° isti olacaq.
Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 9-14° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşam sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2°şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 10-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, axşam sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Gecə 2-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 0-5° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 10-13° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 8-10°, gündüz 10-12° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacaq.