Sabiq Baş nazir: Texnologiya və inteqrasiya cəmiyyətləri daha dayanıqlı və inklüziv edir
Bakı, 13 mart, AZƏRTAC
Texnologiya, infrastruktur və innovasiyalar sahəsindəki inkişaf cəmiyyətlər üçün güclü alətlər yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın sabiq Baş naziri Kirill Qaburiçi XIII Qlobal Bakı Forumunda keçirilən paneldə deyib.
O bildirib ki, bu alətlər vasitəsilə təmiz enerji sistemləri, rəqəmsal infrastruktura çıxış və yerli məlumatların monitorinqi kimi həllər yaradılır. Bu vasitələr cəmiyyətləri daha dayanıqlı və inklüziv edir.
Kirill Qaburiçi qeyd edib ki, infrastruktur təkbaşına kifayət etmir, əlaqələndirmə və inteqrasiya vacibdir. Moldova nümunəsini misal göstərən spiker bildirib ki, ölkəsi tarixən enerji təchizatında yalnız bir mənbəyə asılı olub. Bu vəziyyət çətinliklər yaratsa da, hökumətin dəstəyi ilə Moldova qonşu ölkələrlə enerji və infrastruktur sahəsində əlaqələri gücləndirərək dayanıqlılığını artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]