SABİRABADDA 5302 İŞ YERİ AÇILMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 2004-2008-ci illərdə Sabirabadda 10 min 218 iş yeri açılması nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü ilin oktyabrından indiyədək 92 yeni müəssisə istifadəyə verilmiş, 5302 iş yeri açılmışdır. Bunların 2161-i daimi, 1289-u müvəqqəti, 1616-sı isə mövsümi iş yerləridir.