Sabirabadda qanunsuz fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 2 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sabirabad rayonunun Şəhriyar kəndində, Şirvan-Sabirabad magistral yolunda fəaliyyət göstərən fiziki şəxs Bahadırova Leyli Hüseyn qızına məxsus kafedə yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə sanitariya-gigiyena norma və qaydalarının pozulduğu, ərzaqların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, temperatur və rütubət rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinsekiya və deratizasiya tədbirlərinin aparılmadığı aşkar olunub. Həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]