SABİRABADDA QAZ XƏTLƏRİ BƏRPA EDİLİR
Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında Qarasu qazpaylayıcı stansiyasından Sabirabad şəhərinə və rayonun Şirvan zonasındakı kəndlərinə qidalandırıcı xətlərin çəkilməsi, əhalinin təbii qazla təminatının yüksəldilməsi vəzifələri də nəzərdə tutulmuşdur.
“Sənaye zonası” adlanan dairəvi qaz sisteminin bərpası sürətləndirilmişdir. Sistem vasitəsilə rayonun Qalaqayın kəndinə, bəzi sənaye müəssisələrinə təbii qaz veriləcəkdir. Cari ilin payız-qış mövsümünədək bir sıra yaşayış məntəqələri də təbii qaz alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]