Şabran ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anmışdır
Şabran, 20 yanvar (AZƏRTAC). Şabranda 20 Yanvar hadisələrinin qurbanları anılmışdır. Qanlı faciənin 23-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçmiş qəhrəman oğulların xatirəsini yad etmiş, dualar oxumuşlar.
Mərasimdə rayon incəsənət işçilərinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mərasim ağacəkmə kampaniyası ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]