Sabunçu rayonunun Ramana qəsəbəsində təkər və məişət tullantıları yanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri alovun baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 kvadratmetr sahədə təkər və məişət tullantıları yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]