ELM VƏ TƏHSİL
Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Dünyada baş verən münaqişələrin əksəriyyətinin mərkəzində enerji resursları durur. Burada idarəetmə amili də vacib rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Milli Məclisin komitə sədri qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə idarəetmə metodlarının dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. O, həmçinin ətraf mühitin mühafizəsində, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, bu sahədə elm və təhsil müəssisələrinin üzərinə mühüm işlər düşdüyünü qeyd edib.