Şagirdlərə tullantılardan əl işləri hazırlamaq qaydaları öyrədilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan “Təmiz Qala” layihəsi çərçivəsində oktyabrın 22-də Bakının Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbdə şagirdlər üçün “ustad dərsləri” keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “ustad dərsləri”ndə şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişləri aşılanıb, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının mümkünlüyü izah edilib.
Ümumiyyətlə maarifləndirmə işləri çərçivəsində mütəmadi olaraq Qala qəsəbəsində yerləşən bağça və məktəblərdə uşaqlara tullantılar, onları azaltmaq və təkrar istifadə etmək qaydaları öyrədilir.