“Sağlam Ailə” İctimai Birliyinin üzvləri Beyləqanda “N” saylı hərbi hissədə olublar
Bakı, 5 fevral, AZƏRTAC
“Sağlam Ailə” Ailələri Maarifləndirmə İctimai Birliyinin nümayəndə heyətinin Beyləqan rayonundakı “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissədə əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlarla birgə nahar ediblər.
Sonra xidmətdə fərqlənən əsgər və zabitlərə birliyin adından fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib. Qonaqlar hərbi hissədən xoş təəssüratla ayrılıblar.