SAĞLAM AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN MƏHƏK DAŞIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublika Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şirvan bölgəsində “Sağlam ailə cəmiyyətin təməlidir” devizi altında dördgünlük təşviqat kampaniyası keçirilmişdir. Təşviqatçılar sağlam həyat tərzinin təbliğinə uyğun əyani təşviqat vasitələri ilə bəzədilmiş avtobusla Qobustan, Şamaxı, İsmayıllı, Göyçay və Ağsu rayonlarında olmuş, narkomaniyanın, taksonomiyanın, alkoqollu içkilərin, tütün məmulatının törətdiyi fəsadlar barədə gənclər arasında maarifləndirmə işləri aparmışlar. Görüş iştirakçılarına sağlam həyat tərzinə mənfi təsir göstərən zərərli vərdişlər, bunlardan qorunmaq yolları barədə xüsusi çap materialları paylanmışdır.
Təşviqat kampaniyası çərçivəsində Ağsu şəhər mədəniyyət sarayında “Şeron” qrupunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında geniş konsert verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]