Sahibə Qafarova: Fransa Senatının qəbul etdiyi sənəd Azərbaycana qarşı bədxah niyyətli siyasi aksiyadır
Bakı, 16 noyabr, AZƏRTAC
Fransa Senatının qəbul etdiyi qətnamə, eyni zamanda, bu ölkənin son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul olunması ilə bağlı məsələ parlamentin noyabrın 16-da keçirilən plenar iclasının gündəliyə daxil edilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Parlamentin sədri deyib: “Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]