Sahibkarlar Konfederasiyası Türk Şurası ilə birjaların yaradılması və fəaliyyət mexanizmlərini müzakirə edib
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) rəhbər heyətlərinin, eləcə də Türk Ticarət və Sənaye Palatası və Türk Şurasının əməkdaşlarının iştirakı ilə əmtəə birjalarının yaradılması və fəaliyyət mexanizmləri haqqında vebinar keçirib.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə, Azərbaycanda əmtəə birjalarının yaradılması və ASK-nın rolu, TOBB-un qabaqcıl təcrübəsi, eləcə də birjanın fəaliyyət mexanizmləri və gələcəkdə bu sahədə TOBB-un ASK-ya dəstək imkanları müzakirə olunub.
Daha sonra görüş TOBB-un birjalar sədri Yiğit Ateşin geniş təqdimatı və hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]