Sahibkarlar üçün qida müəssisələrində gigiyena təcrübəsinə dair təlim keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə əməkdaşlıq çərçivəsində təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, institutun əməkdaşı Vüsal Əmirxanov təlim proqramı çərçivəsində “Qida müəssisələrində qabaqcıl gigiyena təcrübəsinin təmin edilməsi” mövzusunda konfederasiya üzvləri üçün vebinar keçib.
Vebinarda müəssisədə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər, xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə tələblər, mal qonşuluğu prinsipi, qidalanma obyektinin təşkil edilməsinə dair sanitariya-gigiyena tələbləri barədə təlim iştirakçılarına məlumat verilib.
Həmçinin texnoloji avadanlıq və inventar ilə təchizata, avadanlığa, inventara olan tələblər, düzgün daşınma və saxlanma qaydaları, bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılmasına dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Vebinarda tədbir iştirakçılarının sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]