Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinqlər keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı Nəsimi rayonunda “Bolmart market”də, “Bee Gross market”də, “Mehr tibb mərkəzi”ndə, Nərimanov rayonunda Rəşad Əhmədova məxsus “İstilik sistemləri və elektrik malları”, "Orel inşaat” MMC-yə məxsus “Frat boru” mağazalarında, Səbail rayonunda “Üç alma market”də, “MEEQ gözəllik salonu və butik”də, “Zeytun aptek”də, Binəqədi rayonunda “Xəzər market”də, “Qasım market”də, “Elmed tibb mərkəzi”ndə, Aynur Həşimzadəyə məxsus telefon mağazasında, Yasamal rayonunda Eldar Məmmədova məxsus meyvə-tərəvəz mağazasında, Xətai rayonunda Saday İsgəndərova məxsus parfümeriya mağazasında, Sevinc Ələkbərovaya məxsus ərzaq mağazasında, Xəzər rayonunda “Mərdəkan market”də, Ceyhun Ramazanova məxsus tikinti materialları mağazasında, Sabunçu rayonunda “Qloriya mağazası”nda, "Vita aptekləri" MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “Bəy oğlu mağazası”nda, Orxan Hacıyevə məxsus ərzaq mağazasında, Nizami rayonunda Cəmilə Ələsgərovaya məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Oba market”də, Gəncə şəhərində “Qala market”də, “Uğur market”də, Rusif İmanova, Mövlan Nəcəfova, Rubail Məmmədova, Seymur Atakişiyevə məxsus ticarət obyektlərində, Sumqayıt şəhərində İlham Rəsulova, Oqtay Kazımova, Mahir Mahmudova, Elçin Əhmədova məxsus mağazalarda, Sabirabad rayonunda Aslan Aslanova məxsus xidmət, Səlamət Ağayevə məxsus pərakəndə ticarət obyektində, Cəlilabad rayonunda Cahid Salayevə, Emin Dövlətova, Saduq Bayramova məxsus mağazalarda, “Aura mebel salonu”nda, Lənkəran rayonunda Davud Himmətzadəyə, Cəsarət Babayevə, Vüqar Babayevə məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda Vüqar Hüseynova, Faiq Məmmədova, Elxan Mustafayevə məxsus mağazalarda, Şəmkir rayonunda Zaur Süleymanova məxsus xidmət obyektində, Abşeron rayonunda Əli Hacıyevə, Nuru İbrahimova, Ruslan Qasımova, Niyaz Məlikova məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 83 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.