Şahmat üzrə Azərbaycan çempionatının açılışı olub
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 4-dən 8-dək şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. AZƏRTAC xəbər verir ki, fevralın 2-də yarışın açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Lütviyar Rüstəmov çıxış edərək yarış barədə məlumat veriblər. Onlar ölkə çempionatında güclü şahmatçıların mübarizə apardıqlarını qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, müxtəlif yaş qruplarında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin qalib və mükafatçıları mübarizə aparacaqlar.
Ölkə birinciliyinə Azərbaycan Şahmat Federasiyasının binasında fevralın 4-də start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]