Şahmatçılarımız Avropa kuboku yarışlarının pley-off mərhələsində mübarizəyə başlayırlar
Bakı, 29 mart, AZƏRTAC
Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kuboku yarışlarının pley-off mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışın “B” qrupunda mübarizə aparan Azərbaycanın “Odlar yurdu” və “Təhsil idman” komandaları üz-üzə gələcəklər. “Novy Bor” (Çexiya), “Greco-Notary Chess Team” (Ukrayna), “Chartres Echecs” (Fransa) və “SF Deizisau e.V” (Almaniya) komandaları da “B” qrupunda komandalarımıza rəqib olacaqlar.
İlk 3 yeri tutan yığmalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa kuboku yarışlarının ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]