Şahmatçılarımız üç lövhədə medal qazanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, kişi və qadın şahmatçılardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almayıb. Üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.
Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıblar. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva qızıl medala layiq görülüb.