Şahmatçımız Rauf Məmmədov dünya çempionunu məğlub edib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədovun da iştirak etdikləri “Gibraltar International Chess Festival 2019”un “Masters” turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Rauf Məmmədov turniri qələbə ilə başa vurub. O, onuncu turda Ukrayna təmsilçisi ikiqat dünya çempionu Anna Muzıçuku məğlub edib.
Digər təmsilçimiz Arkadi Naydiç isə ispan David Anton Guijarroya məğlub olub. Rauf Məmmədov 7 xalla 18-ci, Arkadi Naydiç isə 6 xalla 41-ci yeri tutublar.
Turnirin qalibi 8,5 xalla rusiyalı şahmatçı Vladislav Artemiyev olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]