Salyan və Neftçala rayonlarında yol tikintisinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev “Salyan rayonunun Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Salyan-Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 milyon manat ayrılıb.
Qeyd olunan avtomobil yollarının tikintisi 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsait hesabına maliyyələşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO
- 15.10.2026 [19:52]