SALYANDA ATXƏM VƏ AFFA-NIN REGİONAL FUTBOL FEDERASİYASININ BİRGƏ FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR.
Salyanın Qaraçala qəsəbəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM ) İctimai Birliyinin, AFFA-nın Regional Futbol Federasiyasının (RFF) təşkilatçılığı ilə futbol turniri keçirilmişdir.
Turnir iştirakçıları əvvəlcə şəhərdəki Heydər Əliyev adına parkda ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül-çiçək dəstələri qoymuşlar. Sonra oradan Qaraçala qəsəbəsindəki Fəxri xiyabana gələrək, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
ATXƏM-in sədri İlham İsmayılov bildirmişdir ki, qurum artıq bir neçə ildir Qaraçala qəsəbəsində yeniyetmələrdən ibarət komandaların iştirakı ilə futbol turniri keçirir. Məqsəd bölgələrdə istedadlı yeniyetmə gəncləri tapıb üzə çıxarmaqdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, AFFA-nın Regional Futbol Federasiyasının prezidenti, “Şöhrət” ordenli İsgəndər Cavadov və digərləri bölgələrdə belə yarışların keçirilməsinin zəruriliyini vurğulamış, dövlətin idmana qayğısından danışmışlar.
Gərgin mübarizə şəraitində keçən yarışda Salyan rayon komandası qalib gəlmiş, Qaraçala qəsəbəsinin “Qaraçala” komandası ikinci, Şirvan şəhərinin “Şirvan” komandası üçüncü yeri tutmuşdur.
Tamaşaçılar Azərbaycan futbol veteranları ilə ATXƏM-in və Salyan rayonu birləşmiş futbol komandasının oyununu maraqla izləmişlər. Oyun 1:1 hesabı ilə başa çatmışdır.
Sonda incəsənət ustalarının konserti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]