Salyanda iki yol qəzası baş verib, ölən və yaralananlar var
Salyan, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Noxudlu kəndində qeydə alınıb. Qəza zamanı yük və minik avtomobili toqquşub. Hadisə nəticəsində Daşqın Zalıyev ölüb. Xəsarət alan iki nəfər - Şükran Həsənəliyev və Alik Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər yol qəzası isə Ələt - Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində baş verib. Avtomobilin aşması zamanı xəsarət alan Gülnar Babayeva və Səkinəxanım Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]