Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞAMAXI DİNAMİK İNKİŞAF YOLUNDADIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şamaxı şəhər mədəniyyət evində 2005-ci ildə rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar görülmüş işlərin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə ulu öndərimiz Heydər Əliyevin əzəmətli abidəsi önünə tər çiçək dəstələri qoymuş, sonra mədəniyyət evinin geniş foyesində təşkil edilmiş sərgiyə baxmışlar. Nümayiş etdirilən kənd təsərrüfatı, sənaye və emal müəssisələrinin müxtəlif çeşidli məhsulları, rayonun dinamik inkişafını əks etdirən statistik məlumatlar yığıncaq iştirakçılarında böyük maraq doğurmuşdur.

Yığıncaqda Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Natiq Məmmədovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr olmuşdur. Göstərilmişdir ki, Dağlıq Şirvan iqtisadi zonasına daxil olan Şamaxıda ötən il sosial-iqtisadi sahədə diqqətəlayiq uğurlar qazanılmışdır. İl ərzində 45545 min manat dəyərində məhsul istehsal olunmuşdur ki, bu, 2004-cü illə müqayisədə 13527,7 min manat və yaxud 42,3 faiz çoxdur. Ötən il əsas kapitala yönəldilən investisiyaların həcmi 19914,7 min manata çatdırılmışdır.

Aqrar bölmə rayon iqtisadiyyatının aparıcı sahəsi olaraq qalmaqdadır. Ümumi məhsul istehsalının 15939 min manatı kənd təsərrüfatının payına düşür. 2005-ci ildə 13095 hektar sahənin məhsulu biçilmiş, 307448 ton taxıl istehsal olunmuşdur. Hər hektardan 23,5 sentner məhsul götürülmüşdür ki, bu, inişilkindən 0,3 sentner çoxdur. Kartof istehsalı 4,7 ton artaraq 4530 tona, tərəvəz istehsalı 17,1 ton artaraq 3905 tona çatmışdır.

Keçən il 50 hektarda yeni üzüm plantasiyaları salınmış, daha 49 hektarda plantaj şumu qaldırılmışdır. Dövlət Proqramına uyğun olaraq üzümçülüyün inkişafı üçün ciddi tədbirlər görülür.

Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da dinamik inkişafa nail olunmuşdur. 2005-ci ildə qaramalın sayı inişilkinə nisbətən 523 baş artaraq 33354 başa, davarların sayı isə 5667 baş çoxalaraq 163489 başa çatmışdır. Heyvandarlıq məhsulları istehsalında da nəticələr uğurludur.

Maddi-texniki bazanın möhkəmləndirilməsi, torpaq mülkiyyətçilərinin yeni texnika ilə təminatı istiqamətində həyata keçirilən tədbirlər də aqrar sektorda nailiyyətlərin artmasına səbəb olan amillərdəndir. Belə ki, respublika Nazirlər Kabinetinin 2005-ci il 21 oktyabr tarixli Sərəncamına əsasən “Aqrolizinq” ASC-nin Şamaxıda regional aqroservis və təchizat bazası yaradılmışdır. Keçən il aqrokredit təşkilatının Şamaxı filialı tərəfindən verilən 547 milyon manat vəsait hesabına rayona 1 kombayn, 2 traktor, 2 taxılsəpən, 1 gübrəsəpən, 2 otbağlayan, çiləyici aparat və kotan alınmışdır. Habelə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara 555 milyon manat kredit verilmişdir. Rayonun Çuxuryurd kəndindəki “Ruslan və Lüdmila” sahibkar müəssisəsinin nəzdində, Sabir qəsəbəsində aqrotexservislər yaradılmışdır.

Hesabat ilində özəl toxumçuluq təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi, mal-qaranın və davarların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə damazlıq təsərrüfatlarının təşkili sahəsində tədbirlər həyata keçirilmişdir.

Keçən il bölgədə ənənəvi sənaye sahələrinin inkişafı, yeni obyektlərin açılması istiqamətində mühüm işlər görülmüşdür. Bu sahədə “Evsen” şirkətlər qrupu irihəcmli layihələrin reallaşmasında xüsusi rol oynamışdır. Bu şirkətlər qrupu ötən il Şamaxıda 5 milyon manat dəyərində televizor istehsalı zavodunu istismara buraxıb. Hazırda 10 milyon manat dəyərində avtomobil, 20 milyon manat dəyərində məişət cihazları istehsalı zavodları inşa edilir.

Rayonda sahibkarlıq üçün yaradılan əlverişli şərait yerli iş adamlarının fəallığını artırmış və nəticədə yeni istehsal və xidmət obyektlərinin sayı artmağa başlamışdır.

Bütün bunlar bölgənin sosial-iqtisadi inkişafına, əhalinin məşğulluğunun artmasına, həyat şəraitinin getdikcə yaxşılaşmasına səbəb olmuşdur. 2005-ci ildə rayon üzrə 2333 yeni iş yeri, o cümlədən 669 daimi, 1654 müvəqqəti və mövsümi iş yerləri açılmışdır.

Əhalinin elektrik enerjisi, təbii qazla təminatı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Keçən il Muğanlı, Qaravəlli, Mirikənd, Məlçək kəndlərinə və Sabir qəsəbəsinə təbii qazın verilməsi bərpa olunmuşdur.

Məruzəçi və çıxış edənlər qazanılan nailiyyətləri, ölkə Prezidentinin ayrı-ayrı bölgələrin, o cümlədən Şamaxının, sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi dəyərləndirdilər. Göstərilmişdir ki, ötən il aprelin 26-sı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şamaxıya tarixi səfəri ilə yaddaqalan olmuşdur. Səfər zamanı ölkə Prezidenti Şamaxı Olimpiya İdman Kompleksinin, “Star Ltd” televizor zavodunun, İmadəddin Nəsiminin heykəlinin açılış mərasimlərində iştirak etmiş, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirə guşəsinə baxmışdır. Sakinlərlə birbaşa ünsiyyətdə olan Prezident onların qayğı və problemləri ilə maraqlanmışdır.

Ölkə başçısının böyük diqqət və qayğısı, göstəriş və tövsiyələri, rayonda yerli resursların və digər amillərin üzə çıxarılması və istifadəsi, sosial-iqtisadi həyatda böyük canlanmaya, inkişafın dinamik xarakter almasına səbəb olmuşdur.

Məruzə və çıxışlarda şəhərin su təchizatı, tikinti-quruculuq və abadlıq işləri, turizmin inkişafı ilə əlaqədar görülmüş işlərdən ətraflı bəhs edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən söhbət açılaraq mövcud nöqsanlardan, həlli vacib məsələlərdən danışılmışdır. Belə bir fikir vurğulanmışdır ki, 2006-cı il Şamaxının sosial-iqtisadi inkişafında daha böyük nailiyyətlər ili olacaqdır.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Maliyyə Naziri Əvəz Ələkbərov çıxış etmişdir.

Rayonun sosial-iqtisadi, mədəni həyatında xüsusilə fəallıq göstərən 10 nəfərə rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilmişdir.

Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.

Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Prezidentin icra aparatının məsul işçisi Rövşən Ağayev və Milli Məclisin deputatı Maqsud İbrahimbəyov tədbirdə iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub