ŞAMAXI ƏRAZİSİNDƏKİ KURQANLARIN ARAŞDIRILMASINA BAŞLANMIŞDIR
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası Şirzad Əhmədovun rəhbərliyi ilə ərazidəki qədim kurqanların araşdırılıb inventarlaşdırılmasına başlamışdır. Şamaxı rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, az vaxtda Azərbaycan tarixinin qədim dövrlərinin maddi-mədəni nümunələrindən olan bu cür 6 kurqan aşkarlanmışdır. Onların dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər hazırlanmışdır. Qədim Şamaxı ərazisində tariximiz üçün son dərəcə qiymətli olan bu cür kurqanların sayının daha çox olduğu ehtimal olunur və bu məqsədlə axtarışlar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]