Şamaxıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]