ŞAMAXIDA KƏLƏXANA TÜRBƏLƏRİNİN BƏRPASINA BAŞLANACAQDIR
Rayon mədəniyyət və turizm idarəsindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək aşkar edilmiş 71 arxeoloji və memarlıq abidəsi yenidən inventarlaşdırılmış, onların texniki aktları tərtib olunmuş, fotoşəkilləri çəkilmişdir. Son vaxtlar qədim və orta əsrlərə aid olan abidələrin bərpası ilə əlaqədar tədbirlər görülür. Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən rayonun Göylər kəndi ərazisindəki “Pirmərdəkan”, “Türbə”, Kələxana kəndindəki türbələr kompleksi, Şamaxı şəhərindəki Cümə məscidi, “Yeddi günbəz”, “Şaxəndan” abidələrinə baxış keçirilmiş, texniki akt tərtib olunmuşdur.
Artıq Kələxana türbələrinin bərpası üçün hazırlıq işləri görülür. Layihə-smeta sənədləri ekspertiza üçün Fövqəladə Hallar Nazirliyinə göndərilmiş, bərpa işlərinə vəsait ayrılmışdır.
Türbələr kompleksinin bərpasına cari ilin ikinci yarısından başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]