Samux rayon sakinindən dörd kiloqramdan çox narkotik vasitə aşkar edilib VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samux rayon Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədovu saxlayıblar.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ona məxsus fərdi evə baxış keçirilərkən tövlədən 4 kiloqram 60 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.