Samux rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 29 mart, AZƏRTAC
Samux rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşən Bayramov rayonun Sərkar kəndində yerləşən və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 3 min manat olan elektrik avadanlığı oğurlayıb.
Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E.Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.