SAMUX RAYONUNDA YENİ İSTEHSAL SAHƏLƏRİ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Samux rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində iş adamları da yaxından iştirak edirlər. Təkcə keçən il rayonda yaradılan 2 min yeni iş yerindən 800-ü özəl bölmənin payına düşmüşdür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a demişlər ki, bu günlərdə sahibkarlarla keçirilən görüşdən sonra görüləcək işlərə dair yeni tədbirlər planı təsdiq edilmişdir. Plana əsasən, cari ildə rayonda yeni tikiş və yunun ilkin emalı sexləri, pivə zavodu istifadəyə veriləcəkdir. Bununla 500-dək rayon sakini daimi işlə təmin olunacaqdır.